Milli komandaların heyətində ən uzun müddət məğlubiyyət görməyən futbolçuların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İFFHS-in cədvəlinə ən azı 35 oyunluq seriyaya malik futbolçular düşüb.
Buna yalnız 6 oyunçu nail olub. Dünya rekordu Karlos Marçenaya məxsusdur. O, İspaniya millisində ardıcıl 57 görüşdə uduzmayıb.
Əfsanəvi Qarrinça ikinci pillədə qərarlaşıb. Fransalı Zinəddin Zidan üçüncüdür. “Top-6”da Xavi və Romario kimi ulduzlar da yer alıb.
Əlcəzair millisində məğlubiyyətsiz 37 oyunu sıralayan Bağdad Bunedjanın seriyası Afrika Millətlər Kubokunda qırılıb. O, Romarionu keçsə də, Xaviyə çata bilməyib.
1. Karlos Marçena (İspaniya) – 57 (2003-10)
2. Qarrinça (Braziliya) – 49 (1955-66)
3. Zinəddin Zidan (Fransa) – 39 (1997-2001)
4. Xavi (İspaniya) – 38 (2001-2006)
5. Bağdad Bunedja (Əlcəzair) – 37 (2018-22)
6. Romario (Braziliya) – 35 (1988-97)