Peşəkar karyerasını başa vurduğunu elan edən Canluici Buffon artıq yeni iş təklifi alıb.
Lent.az-ın bildirdiyinə görə, İtaliyanın nüfuzlu “La Gazzetta dello Sport” nəşri xəbər verir ki, əfsanəvi qapıçıya İtaliya millisində vəzifə təklif olunur.
45 yaşlı keçmiş qapıçı millinin meneceri ola bilər. Keçmiş qapıçı futbolçularla məşqçilər korpusu arasında əlaqə rolunu oynayacaq. Buffonun belə bir təklifi qəbul edib-etmədiyi hələlik məlum deyil.