Rusiya və Belarus yığmaları 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada çıxış etməyəcək.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Lozannada keçirilən sammitdə hər iki ölkəyə qarşı tətbiq edilən sanksiyalar qüvvədə saxlanılıb.
Eyni zamanda, Belarus və Rusiya idmançılarına neytral bayraq altında yarışmağa və ya digər dövlətlərin komandalarını təmsil etməyə icazə verilib.
Xatırladaq ki, bundan əvvəl Asiya Olimpiya Şurası Rusiya və Belarus idmançılarının Asiya regionunda təşkilatın himayəsi altında keçirilən yarışlarda iştirakının asanlaşdırılmasını təklif etmişdi.