Bronxial astma haqqında  5 MİF
26 may 2021 00:19 (UTC +04:00)

Bronxial astma haqqında 5 MİF

Bronxial astma kifayət qədər yayılmış bir xəstəlikdir, bununla birlikdə bir çox yalan fikir və mif mövcuddur.

Lent.az diqqətinizə onlardan bəzilərini təqdim edirik:
 
1-ci mif. Astma - əsəb xəstəliyidir

Bəzi insanlar astmanın səbəbinin “başında” olduğuna inanırlar. Ancaq əslində bronxial astma, bronxlarda və immunitet sistemində dəyişikliklərin olduğu somatik bir xəstəlikdir.

Psixoloji amillər astmanın gedişatına təsir göstərə bilər və əlamətlərinə nəzarət etməyi çətinləşdirə bilər, lakin bunlar xəstəliyin inkişafına səbəb deyil.

2-ci mif. Astma - yoluxucu xəstəlikdir

1950-ci illərdə alimlər antibiotik terapiyasının astmaya qarşı təsirli olacağını düşünürdülər. Lakin sonradan astmanın yoluxucu bir xəstəlik olmadığı və antibiotiklərlə müalicəsinin təsirsiz olduğu ortaya çıxdı.

3-cü mif. Fiziki aktivlik zamanı əks təsiredicidir

Əslində, fiziki fəaliyyət bronxial astmaya nəzarət etməyə kömək edir və bu zaman heç bir əks təsiredici amil yoxdur.

4-cü mif. Uşaq astma ilə "böyüyə" bilər

Uşaqlıqdan astma keçirən insanlarda yetkin yaşlarında xəstəlik yüngülləşə bilər. Lakin bu, uşağın xəstəlikdən "böyüyə biləcəyi" anlamına gəlmir, bu səbəbdən ona qeyri-ciddi yanaşmayın.

5-ci mif. Astma ölümcül deyil

Müəyyən hallarda astma, müalicə olmadığı təqdirdə də əhəmiyyətli dərəcədə pisləşmədən uzun müddət davam edə bilər. Ancaq əslində astma öldürə bilər.

Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə görə, 2016-cı ildə dünyada 400 mindən çox insan bunun nəticəsində ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1764
avatar

Oxşar yazılar