Bosniya və Herseqovina millisindən unikal  komanda FOTOSU
14 noyabr 2024 19:07 (UTC +04:00)

Bosniya və Herseqovina millisindən unikal komanda FOTOSU

Bosniya və Herseqovina millisinin futbolçuları Almaniya yığması ilə səfərdə Millətlər Liqası oyunundan əvvəl ölkənin ən böyük əyləncə parkı olan Baden-Vyürtemberqdəki Avropa Parkını ziyarət ediblər.

Lent.az-ın xarici mətbuata istinadl aməlumatına görə, 27 futbolçu və milli komandanın məşqçilər korpusunun üzvləri hündürlüyü 73 metr və maksimal sürəti 127 km/saat olan Silver Star (“Gümüş Ulduz”) attraksionunda gəzintiyə çıxıblar. Onlar eniş anında yəqin ki, milli komandanın tarixinin ən qeyri-adi fotolardan birinə çevriləcək bir foto çəkdiriblər.

Bosniya və Herseqovina yığması dörd oyundan sonra bir xalla Millətlər Liqasının (A) 3-cü qrupunda sonuncu yeri tutur. Noyabrın 16-da bosniyalılar Frayburqda almanlarla qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2343
avatar

Oxşar yazılar