Boks üzrə keçmiş dünya çempionu Yuriorkis Qamboa Kubada həbs edilib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 41 yaşlı idmançı dekabrın 31-nə keçən gecə ölümlə nəticələnən qəzada iştirak etdiyinə görə saxlanılıb. O, ölkənin şərqində magistralın işıqlandırılmayan hissəsində piyadanı vurub. Qeyd olunur ki, hadisə zamanı boksçu spirtli içki və ya narkotikin təsiri altında olmayıb.
Qamboa 2004-cü il Olimpiya çempionudur. O, həmçinin üç çəki dərəcəsində dünya çempionu olub. Ümumilikdə kubalı 35 döyüş keçirib, bu döyüşlərdə 30 qələbə qazanıb (onlardan 18-i nokautla) və beş məğlubiyyət alıb.
O, sonuncu dəfə 2022-ci ilin yazında döyüşüb və meksikalı İsaak Krusa nokautla məğlub olub.