Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin iclası keçirilib.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, yığıncaqda Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlardan kənarlaşdırılması ilə tövsiyəyə yenidən baxılıb.
BOK beynəlxalq federasiyalara verilən sanksiya tövsiyələrini ləğv etməyib. Bunu qurumun nümayəndəsi Mark Adams açıqlayıb: “Mövqe dəyişməyib. Fevraldan qüvvədə olan tədbirlər dəyişməz qalacaq”.
Qeyd edək ki, BOK fevralın 28-də bütün beynəlxalq idman federasiyalarına Ukraynadakı vəziyyətə görə Rusiya və Belarus təmsilçilərini yarışlara buraxmamağı tövsiyə edib.