"Mançester Yunayted” in hücumçusu Markus Raşford, UEFA Avropa Liqasının 1/4 finalında "Qranada" ya qol vurub.
Lent.az xarici mediaya istinadla bildirir ki, İngiltərə millisinin də üzvü üçün bu, indiki Avrokubok mövsümündə 8-ci qoldur.
Bu, Raşfordun “Mancçester Yunayted”in əfsanəsi Bobbi Çarltonun ingilis futbolçular arasında bir Avropa mövsümündə ən çox qol vurma rekordunu təkrarlamasına imkan verib - Çarlton 1964/1965 mövsümündə 8 qol vurub.
Bundan əlavə, Markus Kriştiano Ronaldonun da “Mançester Yunayted”in heyətində Avrokuboklarda qol üzrə rekordunu təkrarlayıb. Portuqaliyalı 2007/2008-ci il mövsümündə 8 qol vurub.