Alfredo Di Stefano FİFA-nın 20-ci əsrin ən yaxşı futbolçusu sorğusunda üçüncü yeri tutub.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, “Real” ilə əfsanəvi forvard beş dəfə Çempionlar Kubokunu qazanıb, Argentina, Kolumbiya, İspaniya milli komandalarında çıxış edib.
İki dəfə “Qızıl top” mükafatı alıb.
Düşünürsünüz ki, Alfredo belə nailiyyətlər naminə hansısa qadağalara əməl edib? Qətiyyən elə deyil.
Di Stefano çox siqaret çəkən idi. Bəli, o, ehtiyat oyunçu kimi oturduğu yerdə skamyada bir-iki qullab edə bilərdi.
1964-cü ildə çəkilən bu fotoda olduğu kimi. Alfredo Di Stefano “Real”ın oyunu zamanı siqaret çəkir.