“Beşiktaş”  ukraynalı futbolçu   ilə müqavilə bağladı
05 yanvar 2023 17:06 (UTC +04:00)

“Beşiktaş” ukraynalı futbolçu ilə müqavilə bağladı

Türkiyənin “Beşiktaş” klubu ukraynalı hücumçu Kristina Pereviznik ilə müqavilə imzaladığını rəsmən açıqlayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, yeni klubunda hücumçu ənənəvi 88 nömrə altında çıxış edəcək.

Qeyd edək ki, 25 yaşlı futbolçunun son klubu “Vilnüs” olub. Onun heyətində Litva çempionatının bürünc medallarını qazanıb və 20 oyunda 16 qol vuraraq turnirin ən yaxşı bombardiri olub. Belə uğura görə ukraynalı “Litva çempionatının ən yaxşı legioneri” mükafatını alıb.

Əvvəllər Pereviznik artıq Türkiyədə çıxış edib. 2019/20 mövsümündə Qaziantepin “ALG Spor”un klubunun şərəfini qoruyub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1449
avatar

Oxşar yazılar