Fransa millisinin hücumçusu Kərim Benzema baş məşqçi Didye Deşamın münasibətindən məyus olub.
Lent.az bildirir ki, Fransa KİV-nin xəbərinə görə, oyunçu omba zədəsinin sağalmasının üç gündən çox çəkməyəcəyinə baxmayaraq, mütəxəssisin onu klubun düşərgəsindən göndərəcəyini gözləməyib.
Xatırladaq ki, 2022-ci ilin yekunlarına görə “Qızıl top”u alan 36 yaşlı Benzema məşq zamanı budundan zədə almışdı. O, 2022-ci il dünya çempionatında bir dəfə də olsun oyun keçirməyib və Madridə yollanıb.
Fransa komandasına gəlincə, komanda dekabrın 18-də Argentina ilə oynayacağı finala yüksəlib.