"Əl-İttihad"ın hücumçusu Kərim Benzema karyerasını Premyer Liqada davam etdirə bilər.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, onun xidmətində "Çelsi" də daxil olmaqla bir neçə Premyer Liqa klubunun maraqlandığı qeyd edilir. “Real”a mümkün qayıdışı istisna edilir.
Fransız Səudiyyə Ərəbistanındakı şərait onu qane etmədiyi üçün hazırkı komandasını tərk etmək niyyətindədir. Versiyalardan birinə görə, o, isti və rütubətli havanı, oyunlarda az azarkeş iştirakı və meydandakı problemləri sevmir.
Benzema komandaya hələ ki qoşulmadığı üçün "Əl-İttihad"la məşqdən kənarlaşdırılıb.