“Benfika”nın baş məşqçisi istefaya göndərilib.
Lent.az xəbər verir ki, bu barədə klub prezidenti Rui Koşta açıqlamasında bildirib.
Onun sözlərinə görə, komandanın baş məşqçisi Bruno Laqe UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 1-ci turunda “Qarabağ”la oyundan sonra istefaya göndərilib.
Qeyd edək ki, “Benfika” – “Qarabağ” oyunu dünən, sentyabrın 16-da keçirilib. Lissabonda, “Da Luş” stadionunda baş tutan görüşdə qonaqlar 3:2 hesabı ilə qələbə qazanıblar.