Devid Bekhemə məxsus Şimali Amerika Böyük Futbol Liqasının (MLS) “İnter Mayami” klubu PSJ-nin argentinalı hücumçusu Lionel Messi ilə müqavilə imzalamağa yaxındır.
Lent.az bildirir ki, bu barədə “The Times” məlumat yayıb.
Mənbə bildirir ki, “İnter Mayami” Messinin mövsümün sonunda komandaya qoşulacağına ümid edir. Transfer olacağı təqdirdə 35 yaşlı argentinalı MLS tarixinin ən çox qazanan futbolçusu olacaq.
Xatırladaq ki, Messi 2021-ci ilin avqustunda PSJ ilə müqavilə imzalayıb. Bundan əvvəl o, “Barselona”da çıxış edib. İspan klubunun tərkibində on dəfə İspaniya çempionu, dörd dəfə Çempionlar Liqasının qalibi olub.