"Bayer"də ciddi İTKİ
09 yanvar 2024 11:20 (UTC +04:00)

"Bayer"də ciddi İTKİ

"Bayer"in hücumçusu Viktor Bonifeys Nigeriya ilə yoldaşlıq görüşündən əvvəl zədələnib.

Apasport.az "Bild"ə istinadla xəbər verir ki, Nigeriya ilə Afrika Millətlər Kubokuna hazırlaşan qolçu millisi ilə məşq zamanı qasıq nahiyəsindən ciddi zədə alıb. O, Kor d-İvuarda keçiriləcək turnirdə iştirak edə bilməyəcək.

Bonifeysin 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Leverkuzen klubunda onu Nathan Tellanın əvəz edəcəyi gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2979
avatar

Oxşar yazılar