Bundesliqanın 16-cı turunun matçında “Bayer” “Bohum”u 4:0 hesabı ilə məğlub edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, “Leverkuzen” bu mövsüm bütün yarışlarda 25 matçda məğlub olmayıb. Komandanın hesabında 22 qələbə və üç heç-heçə var.
Komanda alman peşəkar futbol tarixində mövsümə ardıcıl 25 matçla məğlubiyyətsiz başlayan ilk komanda olub.
“Bayer”, 2023-cü ildə çempionatda 35 matçdan 22-də qalib gələrək, Bundesliqada bir təqvim ilində qazanılan qələbələrin sayına görə klub rekordunu da yeniləyib.
Almaniya çempionatına 16 görüşdən sonra 42 xalla “Leverkuzen” başçılıq edir. Ölkə kubokunda “Bayer” artıq üç tur keçərək 1/4 finala yüksəlib. Avropa Liqasında qrupda altı qələbə qazanan komanda 1/8 finala birbaşa vəsiqə qazanıb.