“Bavariya” klubunun futbolçusu Camal Musiala
24 fevral 2021 15:59 (UTC +04:00)

“Bavariya” klubunun futbolçusu Camal Musiala

“Bavariya”nın futbolçusu yığmasını dəyişdi

Almaniyanın “Bavariya” klubunun futbolçusu Camal Musiala növbəti dəfə futbol vətəndaşlığını dəyişir.

Apasport.az saytının məlumatına görə, 17 yaşlı yarımmüdafiəçi yenidən Almaniya millisində oynamağa qərar verib.

Camalın atası Böyük Britaniyadan olan nigeriyalı, anası isə almandır. Almaniyada anadan olan futbolçu 7 yaşında ailəsi ilə birlikdə İngiltərəyə köçüb və məhz bu ölkənin yetirməsidir.

Əvvəl İngiltərənin U-15 və U-16, ardınca Almaniyanın U-16 yığmasında oynayıb. Sonradan yenidən britaniyalıların şərəfini qoruyan Musiala İngiltərənin U-17 və U-21 millilərində çıxış edib.

Qeyd edək ki, Camal “Bavariya”nın əsas komandasında 26 oyuna 4 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1668
avatar

Oxşar yazılar