"Bavariya"nı porno hücumlarla  məğlub etdilər - FOTO
15 dekabr 2023 16:56 (UTC +04:00)

"Bavariya"nı porno hücumlarla məğlub etdilər - FOTO

“Bayern Münhen”in bəzi oyunçuları son vaxtlar sosial şəbəkələrdə gözlənilməz “porno hücumun” qurbanı olublar.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu günlərdə məşhur “Bavariya” futbol klubu Bundesliqa çərçivəsində Frankfurt “Ayntraxt”ına 5:1 hesabı ilə sensasiyalı məğlubiyyətlə üzləşib. Bu, Münhen komandasının cari mövsümdə ilk məğlubiyyətidir.

Köşə yazarları Dennis Brosde və David Verhoeffin fikrincə, komandanın ulduzlarına “porno hücum” səbəbindən məğlub olması mümkündür. Xüsusilə, oyundan öncə sosial şəbəkələrdə naməlum şəxslər Manuel Noyer, Coşua Kimmix, Sven Ulreyx, Tomas Müller, Harri Keyn və Noussair Mazrauinin İnstaqram səhifələrinə spam göndərməyə başlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3909
avatar

Oxşar yazılar