"Bavariya"nın mətbuat xidməti çox gözlənilməz transfer elan edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Almaniyanın super klubuna "Qranada"nın cinah futbolçusu Brayan Saraqosa da qoşulacaq.
22 yaşlı ispaniyalı mövsümün sonuna qədər icarə əsasında "Qranada"da qalacaq və yayda Münhen klubuna keçəcək. "Bavariya" onun transferi üçün 15 milyon avro ödəyib. Oyunçu almanlarla 2029-cu il iyunun 30-na qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Brayanın “Qranada” ilə müqaviləsi 2026/2027 mövsümünün sonuna qədər qüvvədə idi və “Transfermarkt” portalı onun bazar dəyərini 8 milyon avro olaraq qiymətləndirir.
Bu mövsüm Saraqosa La Liqada 14 oyun keçirib, 5 qol vurub və iki məhsuldar ötürmə edib. Bir çox futbolsevər onu bu mövsüm İspaniya çempionatının 9-cu turunda “Barselona”ya qarşı etdiyi dubl (2:2) ilə xatırlaya bilər.
"Saraqosa"nın İspaniya millisində bir oyunu var. O, Avro-2024-ün seçmə mərhələsində Şotlandiya ilə oyunda (2:0) əvəzedici kimi meydana daxil olub.