“Bavariya” rəhbərliyi Tuxellə bağlı şayiələrə inanır
27 may 2024 19:02 (UTC +04:00)

“Bavariya” rəhbərliyi Tuxellə bağlı şayiələrə inanır

"Bavariya"nın direktorlar şurası əmindir ki, baş məşqçi Tomas Tuxel artıq "Mançester Yunayted"də işə düzəldiyi üçün yeni müqavilə ilə bağlı danışıqların pozulmasına razılıq verib.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə alman jurnalisti və “Bayern Insider” podkastının aparıcısı Kristian Falk məlumat verib.

Xatırladaq ki, bir həftə əvvəl Münhen komandasının məşqçi ilə əməkdaşlığı davam etdirməklə bağlı danışıqlara başladığı barədə məlumat yayılmışdı. Bir neçə gün sonra Tuxelin özü mövsüm bitdikdən sonra komandadan mütləq ayrılacağını açıqlayıb. Eyni zamanda, məşqçinin nümayəndələrinin "Mançester Yunayted"lə əlaqə saxlaması ilə bağlı şayiələr yayılıb.

Mayın 24-də “The Guradian” xəbər verib ki, “Mançester Yunayted” İngiltərə kubokunun finalından sonra “Mançester Siti”yə qalib gəlsələr belə, ten Haqı işdən çıxaracaq. Potensial əvəzedici namizədlər arasında Tuxel, Pochettino, Makkenna, Potter və Frank var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1794
avatar

Oxşar yazılar