"Bavariya" "Liverpul"un hücumçusu Sadio Maneni transfer edəcəyinə əmindir.
Lent.az bildirir ki, bu barədə “Sport1.de” məlumat yayıb.
Mənbənin sözlərinə görə, transfer baş tutsa, Mane Münhen klubunda ən çox maaş alan futbolçular sırasında olacaq. Hücumçuya vergilər çıxmadan ildə təxminən 20 milyon avro maaşla müqavilə veriləcək.
Xatırladaq ki, Mane 2016-cı ilin iyulunda "Liverpul"un heyətinə qoşulub. Ümumilikdə 30 yaşlı seneqallı mersisaydlıların heyətində 268 oyun keçirib, 120 qol vurub və 48 məhsuldar ötürmə edib. “Qırmızılar”la birlikdə İngiltərə çempionu olub, həm də Çempionlar Liqasının qalibi olub.
Manenin Premyer Liqa klubu ilə hazırkı müqaviləsi 2022/23 mövsümünün sonuna qədərdir.