“Bavariya” qış transfer pəncərəsində müdafiə xəttini gücləndirəcək.
Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, Almaniya klubu Serjinyo Desti sıralarına qatmağa qərar verib.
21 yaşlı futbolçu şərəfini qoruduğu İspaniya “Barselona”sının oyun planına uyğun gəlmir. Münhen təmsilçisinin baş məşqçisi Yulian Naqelsmann Destin onlara faydalı olacağı qənaətindədir.
Qeyd edək ki, “Barselona” amerikalı müdafiəçini ötən ilin oktyabrında “Ayaks”dan 21 milyon avroya alıb.