Xunior Firpo “Barselona”nı tərk etməyəcək.
Apasport.az saytının məlumatına görə, bu qərarı İspaniya təmsilçisinin baş məşqçisi Ronald Kuman verib.
Niderlandlı mütəxəssis müdafiəçini saxlamağa üstünlük verib. Klub rəhbərliyi 24 yaşlı futbolçunu satmaq niyyətində olsa da, baş məşqçi onları fikrindən daşındırıb.
Buna Erik Qarsiyanın transferinin baş tutmaması səbəb olub. “Mançester Siti”nin futbolçusunun qışda keçidi reallaşmayıb.
Qeyd edək ki, Firpo cari mövsümdə La Liqada 4 matça çıxıb.