Ralf Ranqnik
15 yanvar 2022 11:16 (UTC +04:00)

Ralf Ranqnik

Baş məşqçi gülüş obyektinə çevrildi

“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik İngiltərədə gülüş obyektinə çevrilib.

Lent.az-ın Apasport.az-a istinadən əlumatına görə, 63 yaşlı almaniyalının bir neçə gün əvvəl yaşadığı hadisə üzə çıxıb.

Mütəxəssis komanda üzvlərinə bir günlük istirahət verib. Həmin günün məşqi ləğv olunsa da, Ranqnik öz qərarını unudub.

Huşsuz baş məşqçi hazırlıq üçün bazaya gəldikdə heç kimin olmadığını görüb. O, bazanın önündə futbolçuların avtomobillərinin, test götürmək üçün gəlməli olan tibb maşınının olmadığını görüncə klub nümayəndələrinə zəng vurub. Onlar Ranqnikə durumu xatırladıb.

Qeyd edək ki, Ranqnik mövsümün gedişində istefaya göndərilən Ole-Qunnar Sulşeri əvəzləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1905
avatar

Oxşar yazılar