“Valensiya”nın baş məşqçisi Xavi Qarsiya vəzifəsindən azad olunub.
Lent.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
51 yaşlı mütəxəssis 2020-ci ildən “Valensiya”nın baş məşqçisi idi. Onun komandası İspaniya çempionatının 34-cü turunda öz meydanında “Barselona”ya 2:3 hesabı ilə məğlub olub. “Valensiya” 36 xalla 14-cü sıradadır.
Komandanın baş məşqçi vəzifəsini Salvador Qonsales icra edəcək.