“Barselona”nın  oyunçusu olmaq   istəyir
05 mart 2024 18:37 (UTC +04:00)

“Barselona”nın oyunçusu olmaq istəyir

"Arsenal"ın 32 yaşlı mərkəz yarımmüdafiəçisi Jorjinyo gələn yay "topçular"la müqaviləsi başa çatdıqdan sonra "Barselona"nın oyunçusu olmaq istədiyini bildirib. 

Lent.az bildirir ki, bu barədə “Sport.es” xəbər verir.

Mənbənin sözlərinə görə, italyan yarımmüdafiəçi ilə “Barselona” da maraqlanır, çünki onun keyfiyyətləri komandaya uyğundur və onun Kataloniya klubuna pulsuz keçməsi ehtimalı var. Kataloniya klubunun idman direktoru Dekonun şəxsən Jorjinyonun meydanda özünü göstərmə tərzini bəyəndiyi vurğulanır.

Xatırladaq ki, Jorjinyonun agenti daha əvvəl müştərisinin prioritetinin “Arsenal” ilə müqaviləsini uzatmaq olduğunu bildirib.

Bu mövsümdə yarımmüdafiəçi bütün turnirlərdə 26 oyunda iştirak edib, o, bir qol vurub və bir məhsuldar ötürmə edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4017
avatar

Oxşar yazılar