“Barselona”nın forması gələn il belə olacaq - FOTO
15 iyun 2023 13:07 (UTC +04:00)

“Barselona”nın forması gələn il belə olacaq - FOTO

“Barselona” 2023/2024 mövsümü üçün yeni formalarını təqdim edib.

Lent.az xəbər verir ki, “Barselona” forması geniş zolaqlı ənənəvi Katalon mavi-qranat rənglərində hazırlanıb.

Klub ötən mövsüm keçirdiyi 38 oyundan 88 xalla çempion olub. Baş məşqçi Xavinin rəhbərlik etdiyi kataloniyalılar ən yaxın izləyicisi “Real Madrid”i 10 xal qabaqlayıb.

Çempionlar Liqasında “Barselona” “Bavariya”, “İnter” və “Viktoriya Plzen”lə qrupdan vəsiqə qazana bilməyib. Avropa Liqasında kataloniyalılar “Mançester Yunayted”ə uduzaraq 1/16 finala yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1872
avatar

Oxşar yazılar