“Barselona”dan  son 10 dəqiqədə  3 qol 
09 avqust 2023 11:21 (UTC +04:00)

“Barselona”dan  son 10 dəqiqədə 3 qol 

“Barselona” mövsümöncəsi son yoldaşlıq görüşündə “Tottenhem”i məğlub edib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Barselonadakı Olimpiya Stadionunda keçirilən görüş 4:2 hesabı ilə başa çatıb. "Barselona"da Robert Levandovski (3-cü dəqiqə), Ferran Torres (81), Ansu Fati (90) və Abdessamad Ezzalzouli (90+3) fərqlənib. Oliver Skipp “Tottenhem”in heyətində dubla imza atıb (24, 36).

İspaniya çempionatının ilk turunda “Barselona” avqustun 13-də səfərdə “Xetafe” ilə qarşılaşacaq. "Tottenhem" İngiltərə Premyer Liqasının yeni mövsümünə elə həmin gün “Brentford” ilə səfər oyunu ilə başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20443

Oxşar yazılar