"Barselona" Levandovskinin  əvəzinə futbolçu tapdı
18 oktyabr 2024 09:35 (UTC +04:00)

"Barselona" Levandovskinin əvəzinə futbolçu tapdı

"Barselona" 36 yaşlı Robert Levandovskini uzunmüddətli əvəzləmək üçün "Nyukasl"ın 25 yaşlı hücumçusu Alexander İsak və ya "Liverpul"un hücumçusu Darvin Nunesi gözləyir.

Lent.az xarici mediaya istinadla bildirir ki, eyni zamanda mavi qranatların əsas transfer hədəfi hələ də "Mançester Siti"nin 24 yaşlı hücumçusu Erlinq Haalanddır. Norveçli futbolçunun transferi uğursuz olarsa, prioritet İsaka veriləcək.

İsakın və Nunesin hazırkı klubları ilə əmək müqavilələri 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, İsakın bazar dəyəri 75, Nunesin isə 65 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702
avatar

Oxşar yazılar