"Barselona" "İnter"ə bunu təklif etdi
15 yanvar 2023 12:56 (UTC +04:00)

"Barselona" "İnter"ə bunu təklif etdi

"Barselona" "İnter"in futbolçusu Marselo Brozoviçi heyətinə qatmaq istəyir.

Bu barədə İspaniya ətbuatı məlumat yayıb. "Barselona" 30 yaşlı yarımmüdafiəçinin əvəzində Frank Kessyeni təklif edib. 

26 yaşlı Kessye 2021-ci ilin yayında azad agent kimi "Barselona"ya keçib. O, komandanın heyətində keçirdiyi 16 matçda  661 dəqiqə meydanda olub, 1 qol vurub. Tərəflər arasında müqavilənin müddəti 2026-cı ilə qədərdir.

30 yaşlı Brozoviç 2015-ci ilin yanvarında "İnter"ə transfer olunub. Bu mövsüm xorvatiyalı yarımmüdafiəçi 12 matçda 2 qol vurub. Brozoviç hazırda zədədən bərpa prosesi keçir./Qol.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1677
avatar

Oxşar yazılar