İtaliyalı hücumçu Mario Balotelli "Cenoa" ilə müqavilə imzalayaraq A Seriyasına qayıdıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, futbolçu İtaliya komandasına azad agent kimi keçib. Hücumçunun klubu hələ ki müqavilənin təfərrüatlarını açıqlamasa da, daha əvvəl müqavilənin 2025-ci ilin iyun ayına kimi qüvvədə olacağı bildirilirdi.
Hücumçunun son klubu "Adana Dəmirspor" olub. Orada 2023-cü ilin sentyabrından 2024-cü ilin iyununa qədər oynayıb.
Mario karyerası ərzində 495 oyunda 210 qol vurub və 43 məhsuldar ötürmə edib.