Azərbaycanlı qadın güləşçi AVROPA ÇEMPİONU OLDU
04 iyul 2024 22:14 (UTC +04:00)

Azərbaycanlı qadın güləşçi AVROPA ÇEMPİONU OLDU

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlılar arasında Avropa çempionatında qızıl medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından Lent.az-a verilən məlumata görə, 59 kiloqram çəkidə yarışan R. Məmmədova finalda rusiyalı Yelena Kurova ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüş qarşılıqlı xallarla keçib. Əzmkarlıq göstərən güləşçimiz yekunda 14:10 hesablı qələbə ilə Avropa çempionu olub.

Elvina Kərimzadə (50 kiloqram) təsəlliverici görüşdə bolqarıstanlı Emine Osmandan güclü olub – 6:3. Ancaq bürünc medal uğrunda qarşılaşmada finlandiyalı Roberta Luostarinenə uduzub – 0:10.

Nərgiz Səmədova (55 kiloqram) təsəlliverici görüşdə polşalı Nikola Vişnievskanı “tuş”la mübarizədən kənarlaşdırıb. Həmyerlimiz üçüncü yer uğrunda həlledici qarşılaşmada rusiyalı Yekaterina Çikanovaya məğlub olub – 1:8.

Fatimə İsayeva (68 kiloqram) təsəlliverici görüşdə polşalı Karolina Domaşuka müqavimət göstərə bilməyib – 0:10.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2859
avatar

Oxşar yazılar