Azərbaycanlı güləşçi Avropa çempionu  oldu
07 iyul 2024 02:31 (UTC +04:00)

Azərbaycanlı güləşçi Avropa çempionu oldu

Azərbaycanın iki güləşçisi Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlıların Avropa çempionatında uğurlu çıxış edib.

Azərbaycan Güləş Federasiyasından Lent.az-a verilən məlumata görə, sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kiloqramda medalçılar müəyyənləşib.

Vasif Bağırov (57 kiloqram) finalda rusiyalı Lev Pavlovla qarşılaşıb. Həlledici görüş xala-xal prinsipi ilə keçib. Güləşçimiz uzun müddət hesabda öndə olsa da, qarşılaşmanın sonlarına yaxın təşəbbüsü əldən verib. Yekunda 6:8 hesabı ilə məğlub olan Vasif gümüş medalla kifayətlənib.

Nurudin Maqomedqadjiyev (79 kiloqram) təsəlliverici görüşdə litvalı Paulius Leskauskasa 4:7 hesabı ilə məğlub olub.

Xetaq Karsanov (97 kiloqram) isə finalda rusiyalı Şaxman Nuxayevlə üz-üzə gəlib. Nəfəskəsən mübarizədə əzmkar qələbə (5:4) qələbə qazanan Xetaq Avropa çempionu olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2835
avatar

Oxşar yazılar