“Formula-1” üzrə Azərbaycan Qran-prisinin sıralama turunda ikinci qəza baş verib.
Apasport.az saytının məlumatına görə, bu dəfə Antonio Covinatsi qəza törədib.
“Alfa Romeo”nun pilotu da 15-ci döngədə bolidin idarəetməsini itirib. Bu üzdən yarış ikinci dəfə dayandırılıb.
Qeyd edək ki, bundan əvvəl “Aston Martin”in pilotu Lens Strollun qəza törətməsi səbəbindən yarış 8 dəqiqə dayandırılıb.