Azərbaycan millisi FİFA reytinqində geriləyib
31 mart 2022 13:39 (UTC +04:00)

Azərbaycan millisi FİFA reytinqində geriləyib

FİFA milli komandaların reytinq siyahısını açıqlayıb.

Lent.az-ın Apasport.az-a istinadən xəbərinə görə, 2022-ci ilin ikinci dəfə açıqlanan cədvəlində bir çox dəyişikliklər baş verib.

Buna DÇ-2022-nin müxtəlif konfederasiyalar üzrə seçmə oyunları, həmçinin çoxsaylı yoxlama görüşləri səbəb olub. Bu dəyişikliklər Azərbaycan millisindən də yan keçməyib.

Hesabat dövründə Malta və Latviyaya yoldaşlıq görüşündə məğlub olan Canni de Byazinin yetirmələri növbəti dəfə geriləyib. Budəfəki eniş 8 pilləlik olub. Əmsalı 1127-yə qədər azalan komandamız dünyanın 129-cu komandasıdır.

Qardaş Türkiyə millisi də geriləyərək, 1461 xalla 43-cüdür.

Qeyd edək ki, reytinqdə lider dəyişib. Braziliya 1832 xalla zirvəni ələ keçirib. Belçika (1827) ikinci pilləyə düşübsə, üçüncü sırada Fransa (1789) qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1443
avatar

Oxşar yazılar