Azərbaycan klublarının Konfrans Liqasındakı potensial rəqibləri
21 iyul 2025 17:07 (UTC +04:00)

Azərbaycan klublarının Konfrans Liqasındakı potensial rəqibləri

Konfrans Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Lent.az-ın xəbərinə görə, püşkatma zamanı Azərbaycan təmsilçiləri "Zirə", "Sabah" və "Araz-Naxçıvan"ın da potensial rəqibləri bəlli olub.

"Zirə"nin bu mərhələdəki mümkün rəqibi "Atletik Klub Eskaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) cütlüyünün qalibi olacaq.

"Araz-Naxçıvan" "Aris" (Yunanıstan) səddini adlamağı bacarsa, "Omoniya" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) duelinin güclüsü ilə qarşılaşacaq.

"Sabah" isə "Petrokub"u mübarizədən kənarlaşdırsa, "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütlüyünün məğlubu ilə oynayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 360

Oxşar yazılar