Azərbaycan güləşçisi  finalda uduzdu
02 aprel 2022 01:03 (UTC +04:00)

Azərbaycan güləşçisi finalda uduzdu


Azərbaycan güləşçisi Elis Manolova Avropa çempionatının gümüş medalını qazanıb. 

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən milliləşən idmançı finalda ukraynalı Tatyana Rijkoya uduzub. 

Rəqib 4:0 hesabı ilə qələbə qazanıb.  

Gümüş medal Manolovanın qitə birinciliyində qazandığı 4-cü mükafat olub. O, AÇ-lərdə 1 qızıl və 3 gümüş əldə edib.

Qeyd edək ki, Elisin medalı qadınlardan ibarət yığmamızın Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yeganə mükafatı olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1761
avatar

Oxşar yazılar