Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” 5 oyunçu ilə yollarını ayırıb.
Lent.az Apasport.az saytına istinadla xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 5 əcnəbi yola salınıb. Bunlar Mikael Deon, Vitinyo, Vitao, David Qustavo və Sinesiodur. Adıçəkilən oyunçularla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda Azərbaycan çempionatında 6 turdan sonra 18 xalla turnir cədvəlinə başçılıq edir.