Azərbaycan çempionatında bu da oldu: bir oyunda 8...
23 mart 2021 17:32 (UTC +04:00)

Azərbaycan çempionatında bu da oldu: bir oyunda 8...

Azərbaycan çempionatının I divizionunun bu gün keçirilən qarşılaşmaları qeyri-adilikləri ilə diqqət çəkir.

Apasport.az saytının məlumatına görə, söhbət əvvəlki turlardan təxirə salınan “Turan Tovuz” – “Sumqayıt-2” və “Kəpəz” – “Qaradağ Lökbatan” matçlarından gedir. 

Tovuzdakı qarşılaşmanın özəlliyi görüşə 12 fərqli şəxsin, 8 hakim və 4 rəsminin təyinatı ilə göz oxşayır. Fevralın 17-də başlayan və 52-ci dəqiqədə qar səbəbindən dayanan matçın hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi bugünkü 38 dəqiqədə olmayacaq.

Ötən aydakı oyun zamanı baş hakim Fərid Hacıyev, köməkçiləri Rəhman İmami, Vüsal Məmmədov, dördüncü hakim Kamranbəy Rəhimov, hakim-inspektor Əmrah İbrahimov, AFFA nümayəndəsi Mübariz Hüseynov idi.

Bu dəfə hakimlər Səbuhi Bayramov, Eyyub İbrahimov, Taleh Məmmədov, Vüqar Həsənli, hakim-inspektor Anar Salmanov, AFFA nümayəndəsi Məmmədəli Məmmədov olub. Tovuz şəhər stadionu 52-ci dəqiqədən etibarən davam etdirilən oyunda komandaların da heyətində dəyişikliklər var. Bu da bir aydan çox sürən ötən müddətdə zədə və sair səbəblərin ortaya çıxması ilə bağlıdır.

“Kəpəz” isə “Qaradağ Lökbatan”la qarşılaşmaya çıxdığı heyətlə təəccübləndirməkdə davam edir. Gəncəlilər artıq neçənci oyundur ki, protokola yalnız bir qapıçı salır. Ehtiyatda qapıçısı olmayan qərblilər istənilən an çətin duruma düşmək təhlükəsi ilə üz-üzə qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2136
avatar

Oxşar yazılar