"Azarkeşlərin qarşısında belə məğlubiyyət  istəməzdim" - Qurban Qurbanov
03 oktyabr 2024 23:20 (UTC +04:00)

"Azarkeşlərin qarşısında belə məğlubiyyət istəməzdim" - Qurban Qurbanov

“Əfsuslar olsun ki, məbluğ olduq. İstəməzdim ki, doğma azarkeşlərin qarşısında belə bir məğlubiyyət yaşansın”. 

Lent.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda İsveçin "Malmö" komandasına 1:2 hesabı ilə məğlub olduqları II tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, bildirib ki, “Malmö”nün fərqli oyun tərzi var:

“Rəqibi təbrik edirəm. İkinci hissədə çox erkən qol buraxdıq və bu da futbolçulara təsir etdi. Buaralar komanda öz oyun ritmindən uzaqlaşıb. Daha yaxşı oyun göstərə bilərdik. Ümid edirəm ki, gələcəkdə daha yaxşı olmağa çalışacağıq. Bəzi oyunçuların zədəli olması da buna təsir etdi. Futbolçularda psixoloji yorğunluq ola bilər, amma onlar heç vaxt həvəsdən düşməyiblər. Sadəcə bəzi oyunçular var ki, öz formasından uzaqdır. Bu oyun bizə bir daha göstərdi ki, bu cür oyunlarda həddindən artıq motivasiyalı olmalı və daha çox güc sərf etməliyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498
avatar

Arzu Qurbanlı

Oxşar yazılar