Azarkeşlər Mahir Emrelinin komandasına  hücum etdi
13 dekabr 2021 09:26 (UTC +04:00)

Azarkeşlər Mahir Emrelinin komandasına hücum etdi

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Legiya”nın uğursuz çıxışı azarkeşlərin səbir kasasını daşırıb.

Apasport.az saytının məlumatına görə, Varşava təmsilçisinin Ekstraklasanın XVIII turunda Plotsk “Visla”sına məğlubiyyəti (0:1) klubun fanatlarını qəzəbləndirib.

Qarşılaşmanın final fitindən dərhal sonra bazaya yollanan komandanı qəzəbli fanat ordusu qarşılayıb. Hətta onlar avtobusa girərək qarşıdurmaya da yol açıblar. Nəticədə komandanın adı açıqlanmayan iki əcnəbi futbolçusu xəsarət alıb. Dərhal məşq mərkəzində polis maşınları peyda olub. Bu, yerli polisin tvitter hesabında da əksini tapıb. Lakin onlar oyunçuların xəsarət alması ilə bağlı məlumatı təsdiqləməyiblər.

Yayılan məlumata görə, bu məğlubiyyətin ardından baş məşqçi Marek Qolebyevski paltardəyişmə otağında futbolçularla vidalaşıb və istefa verib.

Qeyd edək ki, “Legiya” hazırda 12 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1572
avatar

Oxşar yazılar