Ayrılmaq istədiyini bildirdi: Ərəbistanda ona  120 milyon avro   təklif olunur
01 iyun 2023 14:50 (UTC +04:00)

Ayrılmaq istədiyini bildirdi: Ərəbistanda ona 120 milyon avro təklif olunur

"Real"ın yarımmüdafiəçisi Luka Modriç komandadan ayrılaraq Səudiyyə Ərəbistanından bir kluba keçmək istədiyini klub rəhbərliyinə bildirib. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, xorvatiyalı futbolçu Səudiyyə Ərəbistanından sərfəli təklif alıb. Söhbət üç mövsüm üçün 120 milyon avrodan gedir. 37 yaşlı Modriçə belə bir məbləğ ödəməyə hazır olduğunu bildirən klubun adı açıqlanmır. Bildirilir ki, Luka klubdan ayrılmaq istəyi ilə bağlı “Real” rəhbərliyini xəbərdar edib.

Luka Modriçin "Real" ilə hazırkı müqaviləsi bu il iyunun sonunda başa çatır. Daha əvvəl bildirilib ki, tərəflər müqavilənin daha bir il uzadılması ilə bağlı razılığa gələ biliblər.

Yarımmüdafiəçi bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə 51 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

# 924
avatar

Oxşar yazılar

Messi oyuna buraxılmadı

Messi oyuna buraxılmadı

1 oktyabr 2023 , 03:11
“Mançester Siti” və “Liverpul” uduzdu

“Mançester Siti” və “Liverpul” uduzdu

1 oktyabr 2023 , 00:50
Futbolçu biznesindən danışdı

Futbolçu biznesindən danışdı

30 sentyabr 2023 , 22:00
“Mançester Yunayted” 3 yeni futbolçu  almaq istəyir

“Mançester Yunayted” 3 yeni futbolçu almaq istəyir

30 sentyabr 2023 , 19:17
"Barselona" növbəti 2 oyununu onsuz keçirəcək

"Barselona" növbəti 2 oyununu onsuz keçirəcək

30 sentyabr 2023 , 17:28
Ərəblər Salah üçün böyük pul  təklif edir

Ərəblər Salah üçün böyük pul təklif edir

30 sentyabr 2023 , 15:52
Bütün klublar bu futbolçunu almaq istəyir

Bütün klublar bu futbolçunu almaq istəyir

30 sentyabr 2023 , 13:45
Mourinyo bu müdafiəçini "Roma"ya gətirir

Mourinyo bu müdafiəçini "Roma"ya gətirir

30 sentyabr 2023 , 09:57