Avropada onilliyin ən yaxşı klubları: 9 klubumuz SİYAHIDA
16 mart 2021 16:07 (UTC +04:00)

Avropada onilliyin ən yaxşı klubları: 9 klubumuz SİYAHIDA

Avropada onilliyin ən yaxşı futbol klubları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2011-20-ci illərin ən yaxşılarını müəyyənləşdirib.

Siyahıda Avropanın 755 komandası yer alıb. Azərbaycanın 9 klubu cədvələ daxil edilib.

Ölkəmizin ən yaxşı təmsilçisi adına “Neftçi” layiq görülüb. Azərbaycanın ən titullu klubu Avropada 314-cüdür.

Son illərin dəyişməz çempionu və avrokubokların qrup mərhələlərinin iştirakçısı olan “Qarabağ” 29 pillə geridədir. Ağdamlılar prinsipial rəqibindən 25,5 xal geridədir.

Ölkəmizin üçüncü komandası “Bakı”dır. Ümumiyyətlə, komandalarımızdan yalnız üçü hazırda Premyer Liqada oynayır. Digərlərindən  5-i artıq fəaliyyətini dayandıran klublardısa, 1-i I divizion təmsilçisidir.

314. “Neftçi” - 392
343. “Qarabağ” – 366,5
386. “Bakı” – 327
460. “Keşlə” – 266,5
463. “Xəzər Lənkəran” - 265
558. “Karvan” - 203
615. “Turan Tovuz” - 163
687. “MKT-Araz” – 131,5
705. AZAL – 124

Cədvələ İspaniya “Barselona”sı başçılıq edir – 2550 xal. İngiltərə təmsilçilərindən “Mançester Yunayted” 2523 xalla ikinci, “Liverpul” 2414 xalla üçüncüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2370
avatar

Oxşar yazılar