Avropa Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, UEFA 1/8 final mərhələsinin ilk oyunlarından sonra bu ada 4 iddiaçını açıqlayıb.
“Ayaks”ın hücumçusu Duşan Tadiç, “Tottenhem”in lideri Harri Keyn, “Qranada”nın qolçusu Roberto Soldado və “Roma”nın yarımmüdafiəçisi Lorentso Pelleqrini ən yaxşı olmağa namizəddirlər.
Adıçəkilən oyunçulardan Keyn dubl edibsə, digərləri 1 qola imza atıb.