Futbol üzrə Avropa çempionatının final hissəsi gələn il iyunun 4-də başlayır. Turnir Almaniyada baş tutacaq.
Bir müddət əvvəl Avropa çempionatının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, püşkatmadan sonra bukmeker kontorları turnirin qalibi olmaq üçün favoritləri müəyyənləşdiriblər.
Analitiklər Fransa və İngiltərə yığmalarını turnirdə qələbəyə əsas namizədlər hesab edirlər. Bu komandaların final triumfunun əmsalı 4,50-dir.
Favoritlər arasında üçüncü yeri turnirin ev sahibi - Almaniya millisi tutur. Almanların qələbəsinə mərclər 7.00 əmsalla qəbul edilir.
Favoritlərin beşliyinə İspaniya və Portuqaliya milliləri də daxil olub. İspanların qələbəsi üçün əmsallar 8.00-dur. Ronaldo və komandasının Avro-2024-də qələbəsi 9.00-da qiymətləndirilir.
Avro 2024-ün 10 favoriti
• İngiltərə - 4.50
• Fransa - 4.50
• Almaniya - 7.00
• İspaniya - 8.00
• Portuqaliya - 9.00
• İtaliya - 17.00
• Belçika - 17.00
• Hollandiya - 17.00
• Danimarka - 33.00
• Xorvatiya - 33.00
Xatırladaq ki, Avropa çempionatının hazırkı qalibi Avro-2020-nin finalında İngiltərəni məğlub edən İtaliya komandasıdır.