Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin ikinci turu çərçivəsində Belçika və Portuqaliya milliləri üz-üzə gəlib.
Lent.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyunda Belçika 2 cavabsız qolla qalib gəlib.
Oyunun 2-ci dəqiqəsində Yuri Tilemans hesabı açıb. Matçın 79-cu dəqiqəsində Kevin de Brüyne qarşılaşmanın yekun qolunu vurub.