"Atletiko" 2011-ci ildən Madrid klubu ilə əməkdaşlıq edən komandanın baş məşqçisi Dieqo Simeone ilə müqaviləni uzatmaq qərarına gəlib.
Lent.az bildirir ki, "Marca"nın məlumatına görə, danışıqlar hələ rəsmi olaraq açıqlanmayıb, lakin çox güman ki, oktyabrda milli komandanın fasiləsində baş tutacaq. Klub 53 yaşlı mütəxəssislə müqaviləni 2026-cı ilə qədər uzatmaq niyyətindədir.
“Atletiko” Çempionlar Liqasında iştirak hüququ qazanaraq ötən mövsümü üçüncü yerdə başa vurmuşdu.