"Real Madrid" Çempionlar Liqasında "Atletiko Madrid"i penaltilər seriyasında məğlub edərək 1/4 finala yüksəlib.
Lent.az xəbər verir ki, "kral klubu"nun futbolçuları "Atletiko Madrid"in azarkeşlər bölməsi önünə qalibiyyəti qeyd etməyə yollanıb. Azarkeşlər futbolçulara müxtəlif əşyalar atmağa başlayıblar.
Azarkeşlərdən biri Cud Bellinqemə şüşə atıb, lakin o, dərhal reaksiya verərək, şüşəyə top kimi “kəllə atıb”.
Qeyd edək ki, Çempionlar Liqasının 1/4 finalında "Real Madrid" "Arsenal"la qarşılaşacaq.