Atletika üzrə dünya çempionatının medalçısı öldürüldü
14 aprel 2025 04:34 (UTC +04:00)

Atletika üzrə dünya çempionatının medalçısı öldürüldü

Yüngül atletika üzrə 2011-ci il dünya çempionatında 800 metr məsafəyə qaçışda gümüş mükafatçı olan Abubaker Kaki Sudanda artilleriya hücumu nəticəsində həlak olub.

Lent.az xəbər verir ki, bu barədə “Sudafax” portalı məlumat yayıb. 35 yaşlı idmançı iki dəfə (2008, 2010) qapalı məkanda keçirilən dünya çempionatının qalibi olub, 2008-ci ildə isə 18 yaşında turnirin ən gənc qalibi olub.

Kaki 2008-ci il Olimpiadasının açılış mərasimində Sudan komandasının bayraqdarı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 926

Oxşar yazılar