Atası öldü:  Əfsanəvi futbolçu   karyerasını başa vurdu
04 iyun 2022 14:35 (UTC +04:00)

Atası öldü: Əfsanəvi futbolçu karyerasını başa vurdu

 “Mançester Yunayted”, “Mançester Siti” və “Yuventus”un keçmiş hücumçusu Karlos Teves karyerasını başa vurduğunu açıqlayıb.

"Karyeramı başa vurmuşam, təsdiq edirəm. Bir çox komandalardan təklif almışam, amma bir oyunçu kimi artıq əlimdən gələn hər şeyi vermişəm. Ona görə də mən daha çox sakitəm", - Lent.az xarici mediaya istinadla bildirir ki, 38 yaşlı futbolçu belə xəbər yayıb.

Keçmiş hücumçu karyerasını bitirmək qərarına atasının vəfatının təsir etdiyini bildirib.

“Bir nömrəli pərəstişkarımı itirdim və buna görə də daha oynamaq istəmirəm”, - Teves deyib.

Futbolçunu övladlığa götürən atası Sequndo Raymundo Teves bir il əvvəl koronavirusa yoluxaraq vəfat edib.

Raymundo Tevez Karlosun bibisi Adriana Noemi Martinezin əri olub. Onlar gələcək futbol ulduzunu bioloji atası küçədə güllələndikdən sonra 6 yaşında övladlığa götürüblər. Karlos cəmi altı aylıq olanda anası ailəni tərk edib.

Tevez karyerası ərzində “Boka Xuniors”, “Korintians”, “Vest Hem”, “Mançester Yunayted”, “Mançester Siti”, “Yuventus” və “Şanxay Şenxua”da çıxış edib.

Teves üç dəfə İngiltərə çempionu olub: iki dəfə “Mançester Yunayted”lə, bir dəfə “Mançester Siti” ilə. "Mançester Yunayted"in tərkibində hücumçu 2008-ci ildə Çempionlar Liqasının qalibi olub. "Yuventus"la iki dəfə İtaliya çempionu olub.

Argentina milli komandasının tərkibində 2004-cü ildə Afina Olimpiya çempionu olub, həmçinin Amerika Kubokunda üç dəfə gümüş medal qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2235
avatar

Oxşar yazılar